“Barselona” məşqlərə start verir
15.07.2013 - 20:42
“Barselona” məşqlərə start verir
Ötən mövsümü İspaniya çempionluğu ilə tamamlayan “Barselona”nın futbolçularına verilən istirahətin vaxtı tamamlanıb. Apasport.az saytının məlumatına görə, arıq Kataloniya klubunun oyunçuları məzuniyyətdən qayıdıblar.

Yeni mövsümə hazırlıq öncəsi “Barsa”nın oyunçuları məşqlərdən əvvəl tibbi müayinədən keçiblər. 15 futbolçudan isə lazımlı testlər götürülüb. Sabahdan etibarən isə baş məşqçi Tito Vilanovanın komandası rejimlə işləyəcək. Məşqlər Bakı vaxtı ilə saat 09:00-da və 19:00-də başlanacaq.

Qeyd edək ki, birinci məşqin bir qədər erkən başlanması İspaniyada günorta havanın isti keçməsi ilə əlaqədardır.