“Mançester Yunayted” Pol Skoulzun əvəzləyicisini tapdı
15.07.2013 - 21:02
“Mançester Yunayted” Pol Skoulzun əvəzləyicisini tapdı
“Barselona” yarımmüdafiəçisi Sesk Fabreqas yay transfer pəncərəsində yenidən İngiltərə Premyer Liqasına qayıda bilər. Apasport.az saytının məlumatına görə, İspaniya millisinin futbolçusu ilə “Mançester Yunayted” yaxından maraqlanır.

“Qırmızı şeytanlar” “Arsenal”ın sabiq oyunçusuna 35 milyon avro ödəməyə hazırlaşır. İngilis klubunun rəhbərliyi Fabreqası “Mançester Yunayted”də karyerasını başa vuran Pol Skoulzun əvəzləyicisi kimi görür.

Qeyd edək ki, Fabreqas 2003-cü ildən 2011-ci ilə qədər “Arsenal”da çıxış edib.