Qonzales yığmamızdan narazı qaldı: Bu, heç də yaxşı oyunlarımızdan biri deyildi
16.07.2013 - 15:13
"Oyun istədiyimiz kimi alınmadı. Qələbə qazanmağımıza baxmayaraq, bu, heç də yaxşı oyunlarımızdan biri deyildi”. Apasport.az saytının məlumatına görə, bu sözləri 19 yaşadək qızlardan ibarət Azərbaycan yığmasının baş məşqçisi Patrisia Qonzales deyib.
İspaniyalı mütəxəssis millimizin Ukrayna ilə Qəbələdə keçirilən yoldaşlıq oyunu haqda fikirlərini affa.az saytına açıqlayıb: “Komandaya fərqli tapşırıqlar verilmişdi. Bu qarşılaşmada özümüzü və rəqibi təhlil etmək imkanı qazandıq. Avropa çempionatının seçmə mərhələsinin startına qədər oyunumuzu təkmilləşdirməyə çalışacağıq".
Qeyd edək ki, yığmamız Ukraynanı 3:2 hesabı ilə məğlub edib.

0
0