Edinson Kavani rəsmən PSJ-də! - FOTO
16.07.2013 - 22:36
“Napoli”nin hücumçusu Edinson Kavaninin yeni komandası müəyyənləşib. Apasport.az saytının məlumatına görə, ötən gün Parisə gəlib, PSJ üçün tibbi müayinədən uğurla keçən Uruqvay milli komandasının futbolçusu bu gün Fransa klubu ilə 5 illik müqavilə imzalayıb.
Bu haqda PSJ-nin prezidenti Nassər Əl-Xəlaifi xüsusi mətbuat konfransında bildirib.
Kavani yeni klubunda illik 10 milyon avro maaş, əlavə bonuslar və mükafatlar alacaq. 28 yaşlı forvard PSJ-də 9 nömrəli forma geyinəcək.

0
0