“Neftçi” üçün 17 potensial rəqib
18.07.2013 - 18:00
 “Neftçi” üçün 17 potensial rəqib
Çempionlar Liqasında II təsnifat mərhələsi başa çatmamış növbəti püşkatma keçiriləcək. Apasport.az saytının məlumatına görə, sabah İsveçrənin Nyon şəhərində baş tutacaq tədbirdə III təsnifat mərhələsinin cütləri müəyyənləşəcək.

Həmin mərhələdə oynayacaq 20 çempion və 10 çempion olmayan öz rəqiblərini biləcək. Birincilərin digərləri ilə qarşılaşmayacağı mərhələdə ümumilikdə 15 cüt olacaq. Çempion olmayanların cütlərini mübarizəyə birbaşa bu mərhələdən başlayanlar təşkil edəcək.

Çempionların mübarizəsində isə 3 klub və 17 cüt püşkü gözləyir. Öz meydanında “Skenderbeu” ilə qolsuz heç-heçə edən “Neftçi”nin yer aldığı cüt səpələnməmişlər sırasındadır. Bakılılar Albaniyada mərhələ keçməyi bacarsa səpələnənlərdən biri ilə düşəcək. Burada isə 3 güclü klubla yanaşı, 7 cüt, ümumilikdə 17 komanda var. Təmsilçimizin bəxtinə hansısa cüt düşəcəyi halda, onlar özləri mərhələ keçməli və həmin cütdə zəifə azarkeşlik etməlidir.

Qeyd edək ki, püşkatma Bakı vaxtı ilə saat 15:00-da başlayacaq.

Çempionlar

Səpələnmişlər

“Bazel” (İsveçrə)
APOEL (Kipr)
“Austriya” (Vyana, Avstriya)
BATE (Belarus) – “Şaxtyor” (Qazaxıstan) cütünün qalibi
“Styaua” (Rumıniya) – “Vardar” (Makedoniya) cütünün qalibi
“Kliftovill” (Şimali İrlandiya) – “Seltik” (Şotlandiya) cütünün qalibi
“Viktoriya” (Çexiya) – “Jelezniçar” (Bosniya və Herseqovina) cütünün qalibi
“Fola” (Lüksemburq) – “Dinamo” (Xorvatiya) cütünün qalibi
“Şirak” (Ermənistan) – “Partizan” (Serbiya) cütünün qalibi
“Dinamo” (Gürcüstan) – “Streymur” (Farer adaları) cütünün qalibi


Səpələnməmişlər

“Şerif” (Moldova) – “Sutyeska” (Çernoqoriya) cütünün qalibi
“Ekranas” (Litva) – “Hafnarfyordur” (İslandiya) cütünün qalibi
“Birkirkara” (Malta) – “Maribor” (Sloveniya) cütünün qalibi
HİK (Finlandiya) – “Nomme Kalyu” (Estoniya) cütünün qalibi
“Neftçi” (Azərbaycan) – “Skenderbeu” (Albaniya) cütünün qalibi
“Sliqo Rovers” (İrlandiya) – “Molde” (Norveç) cütünün qalibi
“Elfsborq” (İsveç) – “Dauqava” (Latviya) cütünün qalibi
TNS (Uels) – “Legiya” (Polşa) cütünün qalibi
“Slovan” (Slovakiya) – “Ludoqorets” (Bolqarıstan) cütünün qalibi
“Qyor” (Macarıstan) – “Makkabi” (Təl-Əviv, İsrail) cütünün qalibi


Çempion olmayanlar

Səpələnmişlər

“Lion” (Fransa)
“Zenit” (Rusiya)
PSV (Hollandiya)
“Metallist” (Ukrayna)
PAOK (Yunanıstan)


Səpələnməmişlər

“Austriya” (Zalsburq, Avstriya)
“Bursaspor” (Türkiyə)
“Norsyelland” (Danimarka)
“Qrasshoppers” (İsveçrə)
“Sulte Varegem” (Belçika)