“Neftçi”nin daha bir üzvü “Sumqayıt”da qaldı
22.07.2013 - 17:24
“Sumqayıt” daha bir futbolçu ilə müqavilə imzalayıb. Apasport.az saytının məlumatına görə, “Gənclik şəhəri” təmsilçisi milliləşən rusiyalı legioner Ruslan Qurbanovla anlaşıb.
“Neftçi”yə məxsus olub, ötən mövsümü də “Sumqayıt”da keçirən 22 yaşlı yarımmüdafiəçi daha 1 il bu komandada çıxış edəcək. Qurbanov 2012/13 mövsümündə Topaz Premyer Liqasında 24 oyunda 1753 dəqiqə meydanda olub və rəqib qapılarından 6 top keçirib.
Qeyd edək ki, Ruslana qədər “Sumqayıt” “Neftçi”dən icarəyə götürdüyü daha bir oyunçu Slavik Alxasovla da yeni müqavilə imzalamışdı.

0
0