Aqnar Kristensen: Bakıya qələbə dalınca getməliyik
22.07.2013 - 17:35
“Bakıya qələbə dalınca getməliyik. Avroliqada irəliyə getmək klubumuz üçün böyük şey deməkdir. Sissin özünə də demişəm ki, Bakıdakı qarşılaşma onun klubumuzda sonuncu oyunu ola bilər”. Apasport.az saytının məlumatına görə, bunu “Tromsö”nün baş məşqçisi Aqnar Kristensen deyib.
Peşəkar karyerası boyunca yalnız “Tromsö”nün şərəfini qoruyan Saliu Siss paytaxtımızda bu klubla sonuncu oyununu keçirə bilər. Seneqallı sol cinah müdafiəçisi Norveç klubunun Avroliqada iştirak ərizəsində yer alsa da, ilk oyunda “18-liy”ə düşə bilməmişdi. Baş məşqçinin sözlərinə görə, 2010-cu ildən “Tromsö”də 68 oyun keçirən və 2 qol vuran 23 yaşlı futbolçuya hazırda başqa klublardan təkliflər var. Bu klubdakı çıxışları nəzərə alınaraq sonuncu dəfə Sissə Bakıdakı oyunda meydana çıxmaq şansı veriləcək.

0
0