“Beşiktaş”la oyunöncəsi yalnız bir məşq
23.07.2013 - 04:31
Ötən gün “İstanbul BB” ilə 1:1 hesablı bərabərə qalan “Simurq” bu gün Avstriya hazırlığında yalnız bir dəfə məşq edəcək. Apasport.az saytının məlumatına görə, “sarı-qaralar” sabah Türkiyənin digər klubu “Beşiktaş”la oyunöncəsi səhər hazırlığına çıxacaq.
Bundan sonra isə məşqçilər korpusu komandanın futbolçularına istirahət verəcək.
Qeyd edək ki, "Simurq" - "Beşiktaş" oyununun başlama vaxtı Bakı vaxtı ilə saat 21:00-a nəzərdə tutulub.
Bundan sonra isə məşqçilər korpusu komandanın futbolçularına istirahət verəcək.
Qeyd edək ki, "Simurq" - "Beşiktaş" oyununun başlama vaxtı Bakı vaxtı ilə saat 21:00-a nəzərdə tutulub.
0
0