“Biz “Qarabağ”la matça qalib əhval-ruhiyyəsi ilə çıxacağıq”
23.07.2013 - 13:44
“Azərbaycandakı çətin oyundan sonra ölkə çempionatının “Krakoviya” ilə səfər matçında qələbəyə çətinliklə nail olduq. Heyətdə müəyyən dəyişikliklər edilmişdi ki, bu da gücümüzün tükənməməyinə xidmət edirdi”. Apasport.az saytının məlumatına görə, bu sözləri Polşanın “Pyast” klubunun qapıçısı Yakub Şumski deyib.
21 yaşlı futbolçu Avropa Liqasının II təsnifat mərhələsinin “Qarabağ”la cavab oyunu ərəfəsində nikbin danışıb.
Qapıçı Polşa çempionatının ilk turunun “Krakoviya” ilə səfər matçındakı 3:2 hesablı qələbənin Ağdam təmsilçisi ilə görüşə də müsbət təsir edəcəyini düşünür: “Mənə elə gəlir ki, əzmkarlıq sayəsində qalib gəldik. Bu qələbə “Qarabağ”la cavab oyunu üçün də çox vacib idi. Çünki biz qarşıdakı matça qalib əhval-ruhiyyəsi ilə çıxacağıq. Çempionatdakı uğurlu start həm də Azərbaycan təmsilçisi ilə matça yaxşı hazırlaşmağa kömək edəcək. Qələbədən sonra iyulun 25-dəki oyuna yaxşı köklənə biləcəyik. Düşünürəm ki, qələbə komandamızı daha da gücləndirdi”.
Qeyd edək ki, iyulun 25-də Polşada üz-üzə gələcək “Pyast”la “Qarabağ” arasında Bakıda baş tutan matçda təmsilçimiz 2:1 hesabı ilə qalib gəlmişdi.

0
0