Ufuk Budakın komandası Avstriyada məşqlərə başladı
23.07.2013 - 20:50
Ufuk Budakın komandası Avstriyada məşqlərə başladı
Ötən gün Avstriyaya təlim-məşq toplanışına yollanan milli komandamızın futbolçusu Ufuk Budakın şərəfini qoruduğu “Əskişəhərspor” bu gün növbəti mövsümün hazırlıqlarına başlayıb. Apasport.az saytının məlumatına görə, Vyanada toplanış keçən komanda səhər məşqində həm topsuz, həm də toplu hazırlıq keçiblər.

Qeyd edək ki, baş məşqçi Ərtoğrul Sağlamın yetirmələri sözügedən ölkədə avqustun 5-inə qədər məşq edəcək. Budakın komandası Avstriyada 6 yoldaşlıq görüşü keçirəcək.