“Çelsi” 18 yaşlı futbolçu aldı
23.07.2013 - 21:35
“Çelsi” 18 yaşlı futbolçu aldı
“Çelsi” daha bir futbolçunun keçidini reallaşdırıb. Apasport.az saytının məlumatına görə, Çilinin “O’Hiqins” klubunun üzvü Kristian Kuevas növbəti mövsümdən “Dumanlı Albion”da top qovacaq.

“Zadəganlar” 18 yaşlı oyunçu ilə 2018-ci ilə qədər müqavilə imzalayıb.

Qeyd edək ki, Kuevas bu yay 20 yaşlılardan ibarət milli komandalar arasında keçirilən dünya çempionatında Çili yığmasının heyətində 5 oyundan 4-də meydanda olub.