Andrey Popoviçlə Usim Nduka gürcülərə qarşı oynayacaq
24.07.2013 - 08:50
Milliləşdirilmiş futbolçularımız – Andrey Popoviçlə Usim Ndukanın şərəfini qoruduğu “Tavşanlı Linyitspor”un Bolu toplanışı zamanı keçirəcəyi yoxlama oyunlarının siyahısına aydınlıq gəlib. Apasport.az saytının məlumatına görə, Tavşanlı qəsəbəsinin təmsilçisi 6 yoxlama oyunu keçirəcək.
İlk oyun iyulun 26-da Gürcüstanın 1-ci dəstə klublarından birinə qarşı keçiriləcək. Böyük ehtimalla, bu komanda bu gün “Dənizlispor”la gücünü sınayacaq Rustavi “Metallurq”u olacaq. İyulun 28-də meydan sahibi olan “Boluspor”la qarşılaşma baş tutacaq. Ertəsi gün Branimir Subaşiçli “Orduspor” rəqib olacaq. Avqustun 2-də “İstanbul BB”, 5-də isə “Ankaraspor”la matç keçiriləcək. Avqustun 7-dəki sınaqçı rəqib isə daha sonra müəyyənləşdiriləcək.
Qeyd edək ki, Andrey Popoviç “Tavşanlı Linyitspor”la 2, Usim Nduka isə 1 illik müqavilə imzalayıb.

0
0