“Biz oyunda "Neftçi"dən üstün idik”
24.07.2013 - 23:00
“Çox şadam ki, ilk rəsmi oyunumda “Skenderbeu” 3-cü mərhələyə vəsiqə qazandı. Bu bizim üçün böyük uğurdur. Belə böyük müvəffəqiyyətə nail olduğumuz üçün mən də komandanın digər üzvləri kimi özümü çox yaxşı hiss edirəm”. Apasport.az saytının məlumatına görə, bunu “Skenderbeu”nun hücumçusu Mario Morina deyib.
Ötən mövsümü “Tirana”da keçirən 20 yaşlı oyunçu “Skenderbeu”da rəsmi debütünü məhz “Neftçi”yə qarşı keçirib. Oyunda fərqlənmək üçün qol şansları da əldə edən yeni transfer bunları söyləyib: “Fikrimcə, biz oyunun çox hissəsində rəqib üzərində dominantlıq etdik. Bu, nəticə də əksini tapdı və biz növbəti mərhələyə çıxdıq. İndi biz növbəti uğur üçün qarşıdakı oyuna toparlanmalıyıq”.
Qeyd edək ki, Mario Morina 77-ci dəqiqədə Qilman Likanın yerinə meydana daxil olub.

0
0