“Beşiktaş” – “Simurq” oyununu 200 avroya izləyənlər
25.07.2013 - 08:22
“Beşiktaş” – “Simurq” oyununu 200 avroya izləyənlər
“Simurq”un “Beşiktaş”la Avstriyadakı təlim-məşq toplanışında keçirilən yoxlama oyununu izləyənlər 200 avro ödəməli olub. Apasport.az saytının məlumatına görə, Türkiyə klubunun 2:1 hesabı ilə qalib gəldiyi matçı 20 azarkeş bu qədər məbləğ ödəyərək izləyib. Bu, “Beşiktaş”ın ölkə kənarındakı təlim-məşq toplanışında ilk dəfə olub.

Qeyd edək ki, zaqatalalıların malili hücumçusu Salif Ballonun hesabı açdığı oyunda Slaven Biliçin yetirmələri sonradan 2 qol vuraraq qələbə qazanıb.