Uğursuz günün gətirdiyi rekord
26.07.2013 - 01:42
Avropa Liqasının II təsnifat mərhələsinin cavab oyunlarının keçirildiyi gün futbol tariximizə uğursuz gün kimi düşəcək. Apasport.az saytının məlumatına görə, “Qarabağ” mərhələ adlasa da belə “Xəzər Lənkəran”ın 0:8 hesablı məğlubiyyəti və “İnter”in 2-ci qola həsrət qalması gününə qara damğasını vurdu. 1 deyil, daha çox komandamızın mərhələ keçməsini arzuladığımızdan günü uğurlu adlandırmaq olmaz. Lakin cavab oyunları futbolumuz üçün bir rekordla əlamətdar oldu.
Günün yeganə qələbəsi – “İnter”in mərhələ keçmək üçün faydasız olan minimal hesablı qalibiyyəti rekordu rəsmiləşdirdi. Belə ki, Norveç “Tromse”si üzərində 1:0 hesablı qələbə cari mövsümdə 6-cı oldu. Bunadək “Qarabağ”3, “İnter”lə “Xəzər Lənkəran” 1 qələbə qazanmışdı. “bankirlər”in 2-ci qələbəsi komandalarımızın ümumilikdə 6-cı zəfəri oldu.
“Neftçi”nin qələbə qazanmadığı mövsümün bu göstəricisi isə bizim üçün rekorddur. İndiyədək heç avxt 1 mövsümdə 6-dan çox qələbə qazanmamışıq. Bu rekord 2010/11 mövsümündəki uğurun təkrarıdır. Həmin vaxt da hesabımızda 6 qələbə var idi. Lakin indi irəlidə “Qarabağ”ımız var. Ağdamlılar təkrarlanan rekordu 7-ci qələbə ilə yeniləyə, sonradan daha da artıra də bilər.

0
0