“Xəzər Lənkəran” çərçivəyə zərbə endirə bilməyib
26.07.2013 - 02:40
“Xəzər Lənkəran” çərçivəyə zərbə endirə bilməyib
Avropa Liqasının II təsnifat mərhələsinin “Xəzər Lənkəran” - “Makkabi” oyununun statistik göstəriciləri açıqlanıb. Apasport.az saytının məlumatına görə, UEFA qarşılaşma ərzində qeydə alınan göstəriciləri hesablayıb.

Lənkəranda keçirilən matçda biabırçı hesabla məğlub (0:8) olan cənublular çərçivəyə düzgün zərbə endirə bilməyiblər. Təmsilçimizin qapısına 8 top vuran Hayfa klubu buna 16 dəqiq zərbə nəticəsində nail olub. Qeyri-dəqiq zərbədə isə baş məşqçi Con Toşakın yetirmələri 5 dəfə cəhd edibsə, qonaqlar buna 2 dəfə cavab verib.

Xəzər Lənkəran
Makkabi
0
Qol
8
0
Çərçivəyə zərbə
16
5
Qeyri-dəqiq zərbə
2
4
Künc zərbələri
2
1
Oyundankənar vəziyyətlər
2
17
Qayda pozuntuları
11
3
Sarı vərəqələr
0
0
Qırmızı vərəqələr
0