“Qəbələ” gürcülərlə bacarmadı
26.07.2013 - 03:12
Gürcüstanda təlim-məşq toplanışını davam etdirən "Qəbələ"nin əvəzedicilərdən ibarət komandası qonşu ölkədə üçüncü oyununu keçirib. Apasport.az-ın klubun rəsmi saytına istinadən məlumatına görə, Luis Araqonun yetirmələri "VİT Corciya" ilə qarşılaşıb.
Matçdan öncə İspaniyada baş vermiş dəhşətli qatar qəzasında həyatını itirmiş insanların ruhu bir dəqiqəlik sükutla yad edilib. Qarşılaşma isə gürcülərin üstünlüyü ilə başlayıb. Bu üstünlüyü sona qədər qoruyan "VİT Corciya" matçı 4:0 qalib tamamlayıb.
Qeyd edək ki, “Qəbələ” toplanış çərçivəsində son oyununu bu gün keçirəcək. Təmsilçimiz "Spartak"la (Tbilisi) üz-üzə gələcək.

0
0