“Tromse” Bakıda ofsayda düşmədi
26.07.2013 - 04:05
“Tromse” Bakıda ofsayda düşmədi
Avropa Liqasının II təsnifat mərhələsinin “İnter” - “Tromse” qarşılaşmasının statistik göstəriciləri müəyyənləşib. Apasport.az saytının məlumatına görə, UEFA oyun ərzində qeydə alınan göstəriciləri hesablayıb.

“Bayıl Arena”da baş məşqçi Kaxaber Sxadadzenin yetirmələrinin minimal hesabı ilə qazandıqları görüşdə təmsilçimiz çərçivəyə 7 zərbə endirib. Norveçlilər isə buna yalnız 1 dəfə cavab verməyi bacarıb. Qeyri-dəqiq zərbələrdə də “bankirlər” rəqibindən üstündür – 5:3. Maraqlıdır ki, “Tromse” 90 dəqiqə ərzində ofsayda düşməyib.

Qeyd edək ki, “İnter” “Tromse”ni minimal hesabla məğlub etsə də, növbəti mərhələyə keçə bilməyib. Çünki bakılılar ilk oyunda rəqibinə 2 cavabsız qolla uduzmuşdu.

İnter
Tromse
1
Qol
0
7
Çərçivəyə zərbə
1
5
Qeyri-dəqiq zərbə
3
4
Künc zərbələri
2
4
Oyundankənar vəziyyətlər
0
17
Qayda pozuntuları
6
2
Sarı vərəqələr
1
0
Qırmızı vərəqələr
0