“Rəvan” son məşqinə çıxdı
26.07.2013 - 05:10
“Rəvan” 2013/14 mövsümünə hazırlıqlarını davam etdirir. Apasport.az-ın klubun rəsmi saytına istinadən məlumatına görə, Sloveniyanın Maribor şəhərində çalışmalarına ara verməyən komanda ötən gün axşam məşqi ilə sözügedən ölkədə hazırlığını başa vurub.
Baş məşqçi Ramil Əliyev yol üstdə olan futbolçuları çox da yormayıb. Ənənəvi isinmə hərəkətlərindən sonra yetirmələrini müxtəlif tipli toplu çalışmalarla yükləyən gənc mütəxəssis hazırlığın sonunda futbolçuları başına toplayıb səmimi söhbət edib.
Qeyd edək ki, bu sübh tezdən Maribordan ayrılacaq kollektiv Vyana – Bakı təyyarə reysi ilə vətənə dönəcək. Axşamüstü Bakıda olacaq "Rəvan”ın futbolçular baş məşqçinin qərarı ilə 2 gün dincələcək. Çalışmalara yeni həftənin əvvəlindən start veriləcək.

0
0