“Şəhriyar Məmmədyarovun uğuru məni təəccübləndirmədi”
26.07.2013 - 08:35
“Əlbəttə, Şəhriyar Məmmədyarov Pekin turnirinin layiqli qalibidir. O, son vaxtlar oyunda və nəticələrdə əhəmiyyətli artırıb”. Apasport.az saytının məlumatına görə, bu fikirləri tanınmış rusiyalı şahmatçı Aleksandr Qrişuk deyib.
Şəhriyar Məmmədyarovun qalibi olduğu “Qran-Pri” turnirin Pekindəki mərhələsində 2-ci olan beynəlxalq dərəcəli qrossmeyster həmyerlimizin uğurunun səbəbini belə görür: “Yəqin, o, şahmat üzərində daha çox işləyir. Bu, məni təəccübləndirmədi. Təəccübləndirən odur ki, belə uzun müddət gözləmək lazım gəldi...Onun istedadı şübhəsizdir. Ancaq nə isə çatışmır. Şəhriyarın son vaxtlar yalnız bir pis nəticəsi olub. Bu, Tsuqada olub. O, Hantı-Mansiyskdə sürətli şahmat üzrə dünya çempionu olaraq, ilk “10-luğ”a qayıtdı”.

0
0