“Pyast”ın kapitanı: “Qarabağ”la oyundakı nəticəyə görə utanmalı heç bir şey yoxdur
26.07.2013 - 09:05
“Bizə utanmalı heç bir şey yoxdur. Üçüncü qolu vurmağa çalışdıq, ancaq alınmadı”. Apasport.az saytının məlumatına görə, bu fikirləri “Pyast”ın kapitanı Tomaş Podqorski deyib.
Avropa Liqasının II təsnifat mərhələsində “Qarabağ”la evdə 2:2 hesablı bərabərlikdən sonra mübarizə dayandıran Polşa klubunun yarımmüdafiəçisi Avropada debütdə layiqli çıxış etdiklərini düşünür: “Qarabağ” əlavə vaxtda dirçələrək, hesabı bərabərləşdirdi. Bununla da o, növbəti mərhələyə keçdi. Biz ehtimal edirdik ki, mərhələnin taleyinə əlavə vaxtda aydınlıq gələ bilər. İndi bütün diqqətimizi yüksək liqa oyunlarına yönəldəcəyik. Biz dərs çıxardıb, daha belə səhvlər etməməliyik”.

0
0