Klublarımız Avropa Liqasında maraqlı olayı gerçəkləşdirib
26.07.2013 - 09:32
Klublarımız Avropa Liqasında maraqlı olayı gerçəkləşdirib
Azərbaycan klubları Avropa Liqasında maraqlı olayı gerçəkləşdirib. Apasport.az saytının məlumatına görə, UEFA-nın “Fair Play”ə görə verdiyi hər 3 vəsiqənin sahibi bizə rəqib olub.

Bunlar Finlandiyanın “Mariehamn”, İsveçin “Tromse” və İsveçin “Gefle” klublarıdır. İlk 2 komanda “İnter”lə üzləşərək, müxtəlif nəticələr göstərdi. Belə ki, finlər Bakıda 1:1 hesablı bərabərliyə qalsa da, öz meydanında aldığı məğlubiyyətlə mübarizəni dayandırdı – 0:2. Norveçlilər isə evdə bu hesabla qalib gələrək, səfərdə 0:1 hesabı illə yenildi. Ancaq bu, komandamızı mübarizədən kənarlaşdırmağa imkan verdi.

İndi isə “Qarabağ” isveçlilərə rəqib oldu. “Gefle” Kiprdə “Anortosis”ə 0:3 hesablı məğlubiyyətdən sonra öz meydanında inanılmaz əzmkarlıq göstərərək, qalib oldu – 4:0.