Branimir Subaşiç “Orduspor”da debüt etdi
26.07.2013 - 09:51
Milli komandamızın hücumçusu Branimir Subaşiç yeni komandasında debüt edib. Apasport.az saytının məlumatına görə, 31 yaşlı milliləşdirilən serbiyalı futbolçu Bolu hazırlığı zamanı keçirilən yoxlama oyununun iştirakçılarından olub.
Belə ki, “Orduspor” Türkiyənin III liqa klubu “Payas Bələdiyəspor”la gücünü sınayıb. Subaşiç ilk dəqiqələrdən meydanda olsa, qol hesabını aça bilməyib. Oyun elə başladığı kimi də başa çatıb – 0:0.
Qeyd edək ki, Subaşiçin sabah Arif İsayevlə Saşa Yunisoğluya da qarşı forma geymək şansı var. Belə ki, Bakı vaxtı ilə saat 19:30-da “Orduspor”la “Dənizlispor” yoxlama oyunu keçirəcək.

0
0