Adrian Pitin “8”ləri
26.07.2013 - 14:48
“Xəzər Lənkəran”dan qovulan 4 futbolçunun klub tarixindəki payı məlum olub. Apasport.az saytının məlumatına görə, Avropa Liqasının II təsnifat mərhələsinin İsrail “Makkabi”si (Hayfa) ilə Lənkərandakı oyunundan (0:8) sonra baş məşqçi Con Toşakın qəzəbinə tuş gələnlər ümumilikdə 190 matçda komandaları üçün meydana çıxmışdı. Qovulanlar 13 qol vurub, 20-ni buraxıb, 42 sarı vərəqə ilə cəzalanıb.
Klub tarixində ən çox oyun keçirən futbolçular arasında 10-cu olan rumıniyalı Adrian Pitə 100-ə çatmaq nəsib olmadı. Bunun üçün 8 oyunu çatmayan, özü isə 8 qol vuran yarımmüdafiəçi elə 8 cavabsız topla komandadan gedəsi oldu. Onun kimi 50-ni çoxdan arxada qoyan braziliyalı Eder Bonfim də kənarlaşdırılanlar sırasındadır. Digər 2 oyunçu isə elə 2013-cü ilin əvvəlində transfer olunduğundan klubdakı təcrübəsi ilə öyünə bilməz.

futbolçular | oyun | qol | vərəqə | qırmızı |
Adrian Pit | 92 | 8 | 19 | 0 |
Eder Bonfim | 63 | 5 | 14 | 0 |
Marin Orsuliç | 21 | 0 | 7 | 0 |
Antonio Doblas | 14 | -20 | 2 | 0 |
0
0