"Sumqayıt" "Şahdağ"ı üstələdi
28.07.2013 - 14:41
"Sumqayıt" "Şahdağ"ı üstələdi
Gürcüstan toplanışını başa vuran "Sumqayıt" hazırlığın üçüncü mərhələsinə start verib. Apasport.az-ın klubun rəsmi saytına istinadən məlumatına görə, Aqil Məmmədovun komandası "Sumqayıt" İdman Mərkəzində növbəti yoxlama oyununu keçirib.

"Şahdağ"la qarşılaşan "Sumqayıt" qarşılaşmadan 2:0 hesablı qələbə ilə ayrılıb. Komandanın qollarını Nurlan Novruzov və Kərim Diniyev vurub.