Təmsilçilərimiz Superliqada bir ilk yaşayacaq
28.07.2013 - 23:15
Türkiyə Superliqasında bu mövsüm bir ilk yaşanacaq. Apasport.az saytının məlumatına görə, bu ildən etibarən qardaş ölkə çempionatında yan xətt hakimi tətbiqi həyata keçiriləcək.
Belə ki, daha əvvəl UEFA tərəfindən tətbiq edilən yan xətt hakimi sistemi Türkiyə çempionatında da mövcud olacaq. Burada oyunu idarə edən hakimlərin sayı 4-dən 6-ya çıxarılacaq. Matç ərzində iki hakim yan xəttlərini nəzarət edib, topun xətti keçib-keçmədiyi ilə bağlı baş hakimi xəbərdar edəcək.
Qeyd edək ki, Türkiyə Superliqasında 2 azərbaycanlı futbolçu çıxış edir. “Əskişəhərspor”un formasını geyinən Ufuk Budak və “Sivasspor”un şərəfini qoruyan Cihan Özkara bu mövsümdən etibarən tətbiq edilən yeni sistemdə mübarizə aparacaq.

0
0