Yığmamızın üzvü meydana start heyətdə çıxdı - FOTO
29.07.2013 - 23:53
Yığmamızın üzvü meydana start heyətdə çıxdı - FOTO
Millimizin futbolçusu Cihan Özkaranın komandası “Sivasspor” Hollandiyada təlim-məşq toplanışını davam etdirir. Apasport.az saytının məlumatına görə, Türkiyə klubu sözügedən ölkədə 4-cü yoxlama oyununda qüvvəsini sınayıb.

“Neymeqen”ə (0:2) uduzan, “Qrafshap”la (1:1) bərabərə qalan və “Qou Ehed İqls”ə (2:1) qalib gələn Sivas təmsilçisi bu dəfə Portuqaliyanın “Belenenses” klubu ilə üz-üzə gəlib. Özkaranın komandası 44-cü dəqiqədə Kamil Qrosiçkinin vurduğu tək qolla qələbə qazanıb. Cihan isə bu matçda meydana start heyətdə çıxıb.

Qeyd edək ki, “Sivasspor” Hollandiyadakı son matçında “Kayseri Ərciyəsspor”la qarşılaşacaq. Bu oyun isə iyulun 31-də baş tutacaq.