Subaşiç Popoviç və Ndukaya uduzdu
30.07.2013 - 00:15
Millimizin futbolçusu Branimir Subaşiçin formasını geyindiyi “Orduspor” və yığmamızın digər üzvü Andrey Popoviç və müdafiəçi Usim Ndukanın şərəfini qoruduğu “Tavşanlı Linyitspor” Boluda yeni mövsüm hazırlıqlarını davam etdirir. Apasport.az saytının məlumatına görə, Türkiyə PTT I liqasının təmsilçiləri sözügedən şəhərdə yoxlama oyunu keçirib.
Matçda “Tavşanlı Linyitspor” 2:1 hesabı ilə qələbə qazanıb. Meydana start heyətdə çıxan Subaşiç ötən oyundan fərqli olaraq, bu matçda fərqlənə bilməyib.
Qeyd edək ki, “Tavşanlı Linyitspor” bundan öncə “Boluspor”u 4:1 hesabı ilə məğlub etmişdi.

0
0