“Gefle” - “Qarabağ” matçının baş hakimi müəyyənləşdi
30.07.2013 - 01:20
“Gefle” - “Qarabağ” matçının baş hakimi müəyyənləşdi
Avropa Liqasının III təsnifat mərhələsinin cavab oyunu çərçivəsində keçiriləcək "Gefle" - "Qarabağ" matçının baş hakimi bəlli olub. Apasport.az saytının məlumatına görə, iyulun 8-də Sundsvalldakı "Norrporten Arena"da keçiriləcək qarşılaşmanı isveçrəli Stefan Klossner idarə edəcək.

Onun köməkçilərinin kimliyi isə hələlik müəyyənləşməyib.

Qeyd edək ki, "Gefle" - "Qarabağ" oyunun başlama saatı açıqlanmayıb. Tofiq Bəhramaov adına Respublika stadionunda baş tutacaq ilk görüş isə avqustun 2-də reallaşacaq. UEFA bu oyunu 31 yaşlı fransalı referi Nikolas Rainviliyə tapşırıb.