Bu mövsüm ÇL-də debüt edən hakim
30.07.2013 - 03:20
Avropa Liqasının III təsnifat mərhələsində “Gefle” - “Qarabağ” arasında cavab oyununu idarə edəcək Stefan Klossneri yaxından tanıyaq. Apasport.az saytının məlumatına görə, ixtisası məktəb müəllimi olan 32 yaşlı arbitr İsveçrədə dünyaya gəlib.
O, heç də təcrübəli referi deyil. Belə ki, Kanton Villisauda məktəb müəllimi işləyən Klossner hakimlik karyerasına 27 yaşında (2008) Çelenc Liqada başlayıb. 2 ildən sonra Stefan Superliqada ilk dəfə çıxış edib. “Sent Qallen” - “Qrasshopper” (2:1) matçı onun peşəkar karyerasının birinci görüşü olub.
2012-ci ildən isə FİFA hakimi olan Klossner karyerası ərzində müxtəlif çempionatlarda və turnirlərdə oyunlar idarə edib. O, İsveç kubokunda (4 il), Çelenc Liqada (2 il), Superliqa (4 il), milli komandalar arasında keçirilən Beynəlxalq yoldaşlıq matçlarında (1 il), 19 və 21 yaşlılardan ibarət yığma komandalarının Avropa çempionatının seçmə mərhələsində (hər ikisində 1 il), Fransa kuboku və çempionatında (hər ikisində 1 il), Avropa Liqası və Çempionlar Liqasında (hər ikisində 1 il) və Avstriya Bundseliqasında (1 il) fit çalıb.
Bu mövsüm Çempionlar Liqasının II təsnifat mərhələsinin “Şaxtyor” - BATE (1:0) arasında keçirilən cavab oyununa təyinat alan Klossner Avropanın ən titullu klub turnirində debüt edib. Stefan Avropa Liqasında isə ötən il fit çalıb.
Qeyd edək ki, "Gefle" - "Qarabağ" oyunu iyulun 8-də Sundsvalldakı "Norrporten Arena"da keçiriləcək. Qarşılaşmanın başlama saatı isə hələlik açıqlanmayıb.

0
0