“Napoli” İquaini azarkeşlərə təqdim etdi
30.07.2013 - 03:48
“Napoli” komandanın yeni transferi Qonsalo İquaini azarkeşlərə təqdim edib. Apasport.az saytının məlumatına görə, ötən gün “Qalatasaray”la yoldaşlıq oyundan əvvəl argentinalı hücumçu yeni klubunda fanatların qarşısına çıxıb.
“Real”dan 30 milyon avroya transfer olunan 25 yaşlı futbolçunun təqdim etmə mərasimi üçün “Napoli” əyləncə tədbirlərindən vaz keçib. Belə ki, “Cim-Bom”la oyunöncəsi Neapol yaxınlığında faciə baş vermişdi. Turist avtobusunun qəzası zamanı 37 nəfər həlak olub.
Qeyd edək ki, “Napoli” - “Qalatasaray” matçı 3:1 hesabı ilə meydan sahiblərinin xeyrinə tamamlanıb.

0
0