Neymar Polşada debüt edə bilər
30.07.2013 - 04:12
Neymar Polşada debüt edə bilər
“Barselona”nın yeni transferi Neymar bu gün Polşanın “Lexiya” klubu ilə keçiriləcək yoldaşlıq oyunda debüt edə bilər. Apasport.az saytının məlumatına görə, 21 yaşlı hücumçu yola düşən 23 oyunçu siyahısına daxil edilib.

Bundan başqa, siyahıda Kataloniya təmsilçisinin məşhur futbolçuları - Lionel Messi, Aleksis Sançes, Adriano Korreya, Kristian Telo və Aleks Sonqun adı da yer alıb. Ümumilikdə, Polşaya “Barsa”nın 11 əsas və 12 ehtiyat oyunçuları yola düşəcək.

Qeyd edək ki, bu qarşılaşma iyulun 20-də keçirilməli idi. Lakin “Barselona”nın sabiq baş məşqçi Tito Vilanovanın səhhətindəki problemlə əlaqədar olaraq komandadan gedişindən sonra oyunun tarixi dəyişdirilib. Bu gün Qdanskda baş tutacaq matç Bakı vaxtı ilə saat 23:45-də başlayacaq.