“Bizi Azərbaycanla çətin oyun gözləyir”
30.07.2013 - 08:17
“Bizi Azərbaycanla çətin oyun gözləyir”
“Seçmə oyunlarına hazırlaşmaq üçün lazım olan hər cür şəraitimiz var. Lakin bizi qarşıda çox çətin tapşırıq gözləyir”. Apasport.az saytının məlumatına görə, bu sözləri 17 yaşadək qızlardan ibarət Polşa yığmasının baş məşqçisi Zbiqnev Vitkovski deyib.

Mütəxəssis Avropa çempionatının gələn ay keçiriləcək seçmə mərhələsinin 8-ci qrupundakı oyunlara hazırlıqlardan danışıb. Çalışdırıcı Azərbaycan yığmasının da yer aldığı qrupda gərgin mübarizənin olacağını bildirib: “Bizi Azərbaycan, Qazaxıstan və Avstriya ilə çətin oyunlar gözləyir. Bu qarşılaşmalarda işimiz çox çətin olacaq. Ötənilki heyətdən cəmi 6 oyunçumuz qalıb. Digərləri isə U-19-a keçib. Onların əvəzinə gələnlər isə layiqli əvəzedici olmağa çalışır”.