“Qarabağ” “Neftçi” biabır olduğu gün oynayacaq
30.07.2013 - 09:31
“Qarabağ” “Neftçi” biabır olduğu gün oynayacaq
Avrokuboklarda mübarizəni davam etdirən yeganə təmsilçimiz “Qarabağ” növbəti oyununa avqustun 1-də çıxacaq. Apasport.az saytının məlumatına görə, Ağdam təmsilçisi ayın ilk günündə İsveçin “Gefle” klubunu qəbul edəcək.

Skandinaviyalılarla qarşılaşmanın baş tutacağı tarix komandalarımız üçün uğursuz sayılır.

19 ildir qitə kuboklarının iştirakçısı olan təmsilçilərimiz indiyədək yalnız 1 dəfə avqustun 1-də meydana çıxıb. Bu da ötən ilə təsadüf edib.

Həmin vaxt Çempionlar Liqasında çıxış edən “Neftçi” İsraildə “Hapoel”in qonağı olmuşdu. Kiryat-Şmona təmsilçisi çempionumuzu darmadağın etmişdi – 4:0.