“Neftçi” kimi “Şaxtyor”a da qol vursam, çox sevinərəm”
30.07.2013 - 09:42
“Neftçi” kimi “Şaxtyor”a da qol vursam, çox sevinərəm”
“Neftçi” üzərindəki qələbədən sonra emosiyalar artıq keçib. Biz artıq növbəti mərhələdəki rəqib haqda düşünürük”. Apasport.az saytının məlumatına görə, bu fikirləri Albaniyanın “Skenderbeu” klubunun futbolçusu Nuredin Orelesi deyib.

Çempionlar Liqasının II təsnifat mərhələsində “Neftçi” ilə evdə keçirdikləri cavab oyununun 116-cı dəqiqəsində qələbə topunun müəllifi olan yarımmüdafiəçi indi Qazaxıstanın “Şaxtyor” klubu ilə bugünkü matç haqda düşünür.

Legioner digər postsovet məkanı təmsilçisinin qapısına da yol tapmaq fikrindədir: “Biz “Neftçi” ilə oyunun səhəri həmin qələbəni ağlımızdan çıxarıb, yalnız “Şaxtyor”la matça konsentrasiya olduq. Əlbəttə, “Neftçi” kimi bu komandaya da qol vursam, çox sevinərəm. Azərbaycan klubuna qapısına vurduğum top mənim üçün mənim önəmli oldu. İndi Qazaxıstan çempionuna qol vurmağı hədəfə almışam”.