“Mükafat “Neftçi” üzərindəki qələbədən 2 dəfə çox olacaq”
30.07.2013 - 09:59
Albaniyanın “Skenderbeu” klubunun prezidenti Ardian Takay “Neftçi” üzərində tarixi qələbədən sonra həvəslənib. Apasport.az saytının məlumatına görə, o, Çempionlar Liqasının II təsnifat mərhələsində Azərbaycan klubuna qalib gələrək, mərhələ adladıqları matç öncəsi mükafatı artırdığını açıqlayıb.
Belə ki, Takay III təsnifat mərhələsində bu gün üzləşdikləri Qazaxıstanın “Şaxtyor” klubunu da keçmək üçün futbolçularda stimul yaradıb: “Təbii ki, oyunçularımız uğur qazanacağı halda yenidən mükafat alacaq. Mən yalnız onu deyə bilərəm ki, məbləğ “Neftçi” üzərində qələbədəkindən 2 dəfədən də çox olacaq”.
Prezidentin hələ bakılılarla oyun öncəsi mükafatın 100 min avro açıqladığını nəzərə alsaq, bu dəfə məbləğ 200 min avrodan yüksək olacaq.

0
0