“Azərbaycandan gələn təklifi qaçıra bilməzdim”
30.07.2013 - 12:05
“Azərbaycandan gələn təklifi qaçıra bilməzdim”
“Azərbaycanda oynamaq, karyeramı bu ölkədə davam etdirmək mənim üçün çox maraqlı olacaq”. Apasport.az saytının məlumatına görə, bu sözləri “Rəvan”ın yeni transferi Sebastyan Kastro-Telyo deyib.

Son 7 ili vətənində “Hammarbü” klubunda keçirən isveçli hücumçu keçidinə münasibət bildirib.

İsveç mətbuatına açıqlamasında Sebastyan aldığı təklifi müsbət dəyərləndirməsinin səbəbini izah edib: “Əlbəttə ki, belə imkanı qaçıra bilməzdim. Bu üzdən də aldığım təklifi müsbət dəyərləndirdim. Legioner həyatı yaşamaq imkanından yararlandım. Düşünürəm ki, karyeramda hər şey yaxşı olacaq”.

Qeyd edək ki, hücumameylli yarımmüdafiəçi kimi də çıxış edən hücumçu İsveç yığmasında (U-21) 11 oyuna 3 qol vurub.