“Yığmaya çağırılmayan futbolçu da türk klubuna keçir” - MÜSAHİBƏ
30.07.2013 - 12:24
Azərbaycanlı FİFA agenti Vaqif Heydərlinin apasport.az saytına müsahibəsi
- Əməkdaşlıq etdiyiniz ukraynalı hücumçu Yuri Fomenko mövsüm bitəndən sonra “Bakı”nın düşərgəsində olsa da, gözlənilmədən AZAL-a keçdi. Bunu nə ilə əlaqələndirmək olar?
- Əslində, “Bakı”nın baş məşqçisi Milinko Pantiç Fomenkodan razı idi. Serbiyalı mütəxəssis onu fiziki hazırlığı ən yüksək səviyyədə olan futbolçulardan sayırdı. Bilirdi ki, ötən mövsüm “altılığ”ın ən məhsuldar futbolçularından biri olub. Ancaq Pantiç Fomenkonun oyun üslubunun ona uyğun gəlmədiyini açıqladı. Düzdü, Pantiç Fomenkoya “get” demədi. Sadəcə, ona 2-ci, 3-cü hücumçu gözü ilə baxdığını söylədi. Ukraynalı legioner isə ehtiyatda qalmaq istəmirdi.
- Hücumçu axtarışında olan AZAL üçün Fomenkonun keçidi yerinə düşdü...
- Əslində, AZAL Fomenko ilə hələ qış fasiləsində maraqlanırdı. AZAL-ın baş məşqçisi Vaqif Sadıqov onu bəyəndiyindən transfer gerçəkləşdi.
- Az öncə Avstriyadan qayıtmısınız. Səfər hansısa futbolçumuzun keçidi ilə bağlı idi?
- Bildiyiniz kimi, klublarımız qışda Türkiyədə, yayda əsasən Avstriya və Sloveniyada təlim-məşq toplanışında olurlar. Biz də klubların hazırlıq dövründə oyunlarını izləyirik. Orda türk komandaları da vardı və həmin klubların nümayəndələri ilə bəzi danışıqlarımız oldu. Onlar 19 yaşlılardan ibarət yığmamızın 2 üzvü ilə maraqlanırlar.
- Konkret ad çəkmək mümkündür?
- Biri Superliqa təmsilçisinin 2-ci komandası, digəri I divizion klubudu. Futbolçulardan birinin adını açıqlamaq istərdim. Bu, 1995-ci il təvəllüdlü Samir Məsimovdur, yarımmüdafiənin müxtəlif mövqelərində oynayır. Moskva “Lokomotiv”inin şərəfini qoruyur. Sadəcə, komandası Samiri yığmaya buraxmır. Bu səbəbdən onun Türkiyə klubuna keçidinin baş tutmağını istəyirik ki, ordan yığmaya gəlişində problem yaranmasın.
- Hazırkı yay transfer dövrünün spesifik xüsusiyyəti nə oldu?
- Keyfiyyət baxımından dəyişiklik oldu. Bu da ilk növbədə onunla bağlıdır ki, yüksək liqada komandaların sayı 12-dən 10-a endirildi. Nəticədə xeyli futbolçu kənarda qaldı və klubların seçim imkanı artdı. Artıq çempionluq üçün oynamayan komandaların da nisbətən səviyyəli legioner almaq imkanı yarandı. Yəni, dəhşətli dərəcədə də olmasa, hər halda, legioner keyfiyyəti baxımından yaxşılığa doğru dəyişiklik oldu.
- Ölkəyə daha səviyyəli, daha tanınmış legionerləri gətirməyinizə nə mane olur?
- Hazırda Avropa, “Böyük beşlik” ölkələrinin legionerləri ailə-məişət problemlərini əsas gətirirlər. Biz onları müqaviləyə yox, sadəcə, Azərbaycana, Bakıya tanışlığa dəvət edirik. Deyirik ki, gəlin, paytaxtımızla tanış olun, Bakı Avropa şəhərlərindən heç də geri qalmır. Burada bütün normal şərtlər var. Əvvəllər şərait, çempionatın səviyyəsi, infrastruktur, stadion baxımından problem vardısa, indi artıq bu baxımdan hər şey qaydasındadı. Bəziləri Azərbaycanda oynayan həmyerliləri ilə əlaqə qurub, ölkəmiz haqda məlumat toplayırlar. Elələri var ki, gəlməyə razılıq verirlər. Bəzilərinin isə gəlməsində əsas problem həyat yoldaşlarıdır. Onların çoxu həyat yoldaşları istəmədikləri üçün gəlmirlər.
- Hazırkı fasilə müddətində futbolçularımızın Türkiyənin I liqasına axınını nə ilə izah edərdiniz?
- Təbii ki, futbolçuların xaricə getmələrini istərdik. Ancaq məndən inciməsinlər, Türkiyənin I liqasına getmələrini keyfiyyət artımı saymıram. Bu axını futbolçuların səviyyələrini artırıb getmələri kimi əlaqələndirmirəm. Əvvəllər milli komandanın üzvləri gedirdisə, indi fərqli durum yaranıb. Necə olur ki, birdən-birə millinin üzvü olmayan bu qədər futbolcu belə asanlıqla PTT liqası klublarına keçə bilir. Mənə qəribə gələn odur ki, indi yığmaya çağırılmayan futbolçu da Türkiyə klubuna keçir.
- Bəlkə bunun əsas səbəbi Türkiyənin I divizionunda 2 azərbaycanlı futbolçunun legioner sayılmamağıdır?
- Ola bilər. Belə çıxır ki, orda onların tələblərinə cavab verən yerli oyunçu olmadığından, hər klub həmin 2 yeri türkdilli respublikalar, o cümlədən Azərbaycandan futbolçularla doldururlar.
- “Portu”da baxışda olmuş “Sumqayıt”ın və yığmamızın futbolçusu Orxan Əliyev son vaxtlar kölgədə qalıb...
- Avropada elədir ki, futbolçu 1 kluba getdisə, onu diqqətdə saxlayırlar. Həmin vaxt “Trabzonspor” Orxanı israrla istəyirdi, birbaşa müqaviləyə çağırırdı. Sadəcə, həmin vaxt maraqlı təkliflər vardı. “Udineze”, “Rayo Valekano”, “Malmö”, “Bazel”in ikinci komandalarına keçmək variantları yaranmışdı. Ancaq zədə problemi ortaya çıxdı, futbolçu əməliyyat olundu, bərpa prosesi keçməli idi. Orxan xarici kluba keçmək baxımından ən ümidverici futbolçularımızdan biridir. Onun potensialı bunu deməyə əsas verir. Nə qədər irəliyə gedə biləcəyini isə zaman göstərəcək.
Mehman SÜLEYMANOV

0
0