“Qarabağ”ın “Gefle” ilə oyunları çətin olacaq” - MÜSAHİBƏ
30.07.2013 - 12:46
AZAL-ın yeni transferi, Syerra-Leone millisinin futbolçusu Samuel Barlayın apasport.az saytına müsahibəsi
- Əslində, eyni rəhbərliyi olan “Muğan”dakı karyeranızı nəzərə alsaq, uzun müddət idi “Rəvan”da forma geyinirdiniz. Necə oldu ki, bu klubdan ayrıldınız?
- Düzdür, 2,5 il idi bu komandada idim. Düşünürəm ki, mənim ordan ayrılmaq vaxtım çatmışdı. Çünki 2,5 il az müddət deyildi. Karyeramda yenilik etmək istəyirdim. Bu üzdən klubumu dəyişməkdə israrlı idim. Ona görə də AZAL-dan gələn təklifi qəbul etdim. Görək, yeni klubda karyeram necə keçəcək.
- “Rəvan”da sizi qane etməyən məqamlar var idi?
- Yox. Sadəcə, AZAL-ın baş məşqçisi “Rəvan”la matçlar zamanı mənim oyunumu bəyənmişdi. Mən də karyeramda dəyişiklik etməyi qərara aldım.
- Artıq AZAL ilə rəsmi müqavilə bağlamısınız?
- Bəli.
- Müqavilənin müddəti nə qədərdir?
- 1 illik.
- Yəqin ki, “Qarabağ”ın rəqibinin İsveçin “Gefle” klubu olduğunu bilirsiniz. Siz ölkəmizə gəlməzdən öncə Skandinaviya ölkəsində “Malmö”, “Örqrüte” və “Sürianska”nın şərəfini qorumusunuz. Bu komanda haqqında hansı məlumata maliksiniz?
- “Gefle” yaxşı, döyüşkən komandadı. Fiziki cəhətdən güclü futbolçuları var. Topu özlərində yaxşı saxlayırlar.
- Bəs necə düşünürsünüz, “Qarabağ” bu komandanı keçə bilərmi?
- Asan olmayacaq. Hamımız “Qarabağ”ın oyun üslubuna bələdik. Bilirik ki, onlar necə gözəl oynayır, necə gözəl topla ötürmələr verməyi bacarır. Bu üzdən düşünürəm ki, şanslar bərabərdi. Hər iki komanda üçün asan görüş baş tutmayacaq.
- İsveçdə “Gefle”yə qarşı oynamaq imkanınız olub?
- Təbii ki, oynamışam. Ancaq həmin görüşlərdən illər keçib. Bu üzdən həmin qarşılaşmalardan yadımda qalanı olmayıb.
Səbuhi TOFİQOĞLU

0
0