“Tofiq Bəhramov”da 50 illik yubiley - FOTO
30.07.2013 - 13:26
Avropa Liqasının III təsnifat mərhələsinin “Qarabağ”la ilk oyunu “Gefle”nin baş məşqçisi Per Olsson üçün əlamətdar olacaq. Apasport.az saytının məlumatına görə, isveçli mütəxəssis avqustun 1-də baş tutacaq görüşdə 50 yaşını qeyd edəcək. Bu yubiley Tofiq Bəhramov adına Respublika stadionunda baş tutacaq qarşılaşmada reallaşacaq.
1963-cü ildə anadan olan Ollssonun futbolçu və məşqçi karyerasının böyük hissəsi Qavle təmsilçisi ilə bağlıdır. Hücumçu kimi karyerasına bu klubda başlayan (1981-84) yubilyar elə son illərini də (1988-1992) burada keçirib.
1993-2002-ci illərdə “Gefle”də baş məşqçinin köməkçisi, gənclər komandasının çalışdırıcısı, sonradan isə əsas heyətin “sükanı arxasında” olan mütəxəssis 2005-ci ildən qayıtdığı postunda ardıcıl 8 ildir fəaliyyət göstərir. Ümumilikdə isə onun 50 illik həyatının təxminən 27 ili bu klubla bağlıdır.

0
0