“Hannover 96” Əli Gökdəmirsiz qələbə qazandı
30.07.2013 - 13:32
“Hannover 96” Əli Gökdəmirsiz qələbə qazandı
Milli komandamızın üzvü Əli Gökdəmirin şərəfini qoruduğu “Hannover 96” sonuncu yoxlama oyununu keçirib. Apasport.az saytının məlumatına görə, onun komandası Almaniyanın 3-cü liqa klubu “Halleşer”lə qarşılaşıb.

“Halleşer”in meydançasında baş tutan görüşdə Bundesliqa klubu minimal hesabla qələbə qazanıb. Görüşdə yeganə qolu türkiyəli hücumçu Dəniz Kadah oyunun əsas vaxtının başa çatmasına 5 dəqiqə qalmış vurub. Bu görüşdə öncədən məlum olduğu kimi Gökdəmir iştirak etməyib. O, əvvəlki zədəsindən müayinə alır.