“İnter” “Qarabağ”a “Qaradağ”la hazırlaşacaq
30.07.2013 - 13:47
“İnter” “Qarabağ”a “Qaradağ”la hazırlaşacaq
Paytaxtda “Qarabağ”la oyunun hazırlıqlarını davam etdirən “İnter” sabah yoxlama matçı keçirməyi planlaşdırır. Apasport.az-ın klubun rəsmi saytına istinadən verdiyi xəbərə görə, “bankirlər” I dəstə təmsilçisi “Qaradağ Lökbatan”la qarşılaşacaq. "Şəfa" stadionunda baş tutacaq qarşılaşma saat 20:00-da baş tutacaq.

Qeyd edək ki, “İnter” – “Qarabağ” oyunu bazar günü “Şəfa” stadionunda keçiriləcək.