“Neftçi” kamerunlu futbolçu ilə müqavilə bağladı
30.07.2013 - 15:47
“Neftçi” kamerunlu futbolçu ilə müqavilə bağladı
“Neftçi” növbəti transferini gerçəkləşdirib. Apasport.az saytının məlumatına görə, bakılılar kamerunlu futbolçu Ernest Nforun keçidini rəsmiləşdirib. Belçikanın “Kortriyk” klubundan gələn 27 yaşlı hücuma meylli yarımmüdafiəçi ilə 2 illik müqavilə imzalanıb.

Paytaxt klubu legionerin adını Peşəkar Futbol Liqasına təqdim etdiyi sifariş ərizəsinə daxil edib. Nfor 90 nömrəli formada çıxış edəcək.

Qeyd edək ki, “Neftçi”nin Avstriyadakı təlim-məşq toplanışında iştirak edən Ernest Çempionlar Liqasında Albaniyanın “Skenderbeu” ilə oyunlara transferi yubandığına görə sifariş oluna bilmədi.