“Rəvan” 3 futbolçu ilə müqavilə imzaladı - FOTO
30.07.2013 - 16:25
“Rəvan” 3 futbolçu ilə müqavilə imzaladı - FOTO
Yeni mövsümə hazırlıqlarını davam etdirən “Rəvan” bu gün 3 futbolçu ilə münasibətlərini rəsmiləşdirib. Apasport.az klubun rəsmi saytına istinadən xəbər verir ki, “sarı-qırmızılar” Kamil Nurəhmədov, Elnur Abdulov və slovakiyalı İvan Pexa ilə müqavilə bağlayıb.

Kamil və İvan qarşıdakı 1, Elnur isə 2 mövsümdə “aslan” olacaq. Nurəhmədovun sabiq klubu “Neftçi” olub. Abdulov isə ötən mövsüm “Qarabağ”da heyətə düşmürdü. “Xəzər Lənkəran”ın sabiq mərkəz müdafiəçisi olan Pexa isə sonuncu dəfə Belarusun “Neman” klubunda çıxış edib.

Qeyd edək ki, daha öncə “Rəvan” Sloveniya toplanışına yollanana qədər 5 futbolçunun keçidini rəsmən həll etmişdi. Bunlar Elvin Həsənəliyev, Ceyhun Cavadov, Fuad Əhmədov, Novruz Məmmədov və Bəxtiyar Soltanov idi.