UEFA AFFA-nın işini yüksək qiymətləndirdi
30.07.2013 - 17:44
UEFA AFFA-nın işini yüksək qiymətləndirdi
Qadın futbolçular arasında Avropa çempionatının gedişi zamanı UEFA-nın təşkil etdiyi tədbirin təfərrüatı məlum olub. Apasport.az saytının xəbərinə görə, yarışa ev sahibliyi edən İsveçin paytaxtı Stokholmda baş tutan tədbir də qadın futboluna həsr olunub. AFFA-nın baş katibi Elxan Məmmədovun da qatıldığı görüşdə qitə futbol qurumu milli assosiasiyaların qadın futbolundakı rolunu qiymətləndirib.

UEFA 2 ölkənin – Azərbaycan və Monteenqronun bu sahədəki fəaliyyətini xüsusi fərqləndirib. 2012-ci ildə qadın futbolunun inkişafında ən çox əməyi olan ölkələrin adı tədbir zamanı rəsmən açıqlanıb.