“Sumqayıt”ın heyətində 4 itki
30.07.2013 - 18:25
“Sumqayıt”ın heyətində 4 itki
"Sumqayıt" Topaz Premyer Liqasının I turu çərçivəsində "Xəzər Lənkəran"la oyunun hazırlığını davam etdirir. Apasport.az-ın klubun rəsmi saytına istinadən məlumatına görə, komanda Aqil Məmmədovun rəhbərliyi altında Mehdi Hüseynzadə adına stadionda məşq edir.

Zədəli olan Pərdis Fərcad-Azad, Orxan Əliyev, Mirzağa Hüseynpur və Samir Abasov fərdi məşqlərlə kifayətlənir.