“Sumqayıt” - “Xəzər Lənkəran” oyununun başlama saatı bəlli oldu
30.07.2013 - 18:35
“Sumqayıt” - “Xəzər Lənkəran” oyununun başlama saatı bəlli oldu
Topaz Premyer Liqasının 2013/14 mövsümünə start verilir. Apasport.az saytının məlumatına görə, "Sumqayıt" ilk turda "Xəzər Lənkəran"ı qonaq edəcək.

Bu qarşılaşma Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionunda avqustun 4-də saat 18:30-da start götürəcək.

Əvəzedicilər isə avqustun 3-də eyni saatda Sumqayıt İdman Mərkəzində rəqibini qəbul edəcək.

Mənbə: sumqayitpfc.az