Toşak məşq keçdi, Mənsimov izlədi - FOTOSESSİYA
30.07.2013 - 19:10
Toşak məşq keçdi, Mənsimov izlədi - FOTOSESSİYA
Lənkərandakı bazasında “Sumqayıt”la görüşə hazırlaşan “Xəzər Lənkəran” bu gün saat 18:00-da günün ikinci məşqinə çıxıb. Apasport.az saytının məlumatına görə, vətənindən geri dönən çalışdırıcı Con Toşak hazırlığa özü nəzarət edib və məşqin başlanğıcında ənənəvi toplantı zamanı komandanın futbolçuları baş məşqçiyə başsağlığı veriblər.

Yağmurlu hava şəraitində keçən məşqi klub prezidenti Mais Mənsimov və vitse-prezident Tuyqun Nadirov da kənardan izləyib. Komandanın məşqindən sonra isə klub rəhbərliyi baş məşqçi Con Toşakla görüşərək qarşıda həlli vacib olan problemləri birgə müzakirə edəcəklər.

Mənbə: lankaranfc.com