Şvaynştaygerin qazandığı mükafat şübhə altındadır
30.07.2013 - 20:46
Almaniyada ilin ən yaxşı futbolçusu seçimində səhvə yol verilib. Apasport.az saytının məlumatına görə, “Bavariya”nın yarımmüdafiəçisi Bastian Şvaynştaygerin qazandığı mükafat şübhə altındadır.
Belə ki, Almaniyada ilin futbolçusu titulu 1960-cı ildən verilir. Qalibi ölkənin idman jurnalistlərinin assosiasiyası və “Kicker” jurnalının sorğusu ilə təyin edilir. Amma məsələ ondadır ki, texniki səhvlərə görə səsvermə prosesində 3700 jurnalist səs verə bilməyib. Səsvermədə isə yalnız KİV-in 527 nümayəndəsi iştirak edib. Digər jurnalistlər isə sadəcə, uyğun olan sənədləri almayıblar.
“Kicker” jurnalının redaktoru Rayner Xolsş da bu səhvi təsdiqləyib: “Təəssüf ki, səhv həqiqətən oldu. Yaxın həftələr ərzində biz bununla məşğul olacağıq”.

0
0