Mübariz Mənsimov: 20 milyon xərcləyib, utancverici hesabla uduzuram - VİDEO
30.07.2013 - 21:35
“Mən azarkeşlərin narazılığını başa düşürəm”. Apasport.az saytının xəbərinə görə, bunu “Xəzər Lənkəran” klubunun fəxri prezidenti, “Palmali” Şirkətlər Qrupunun sahibi Mübariz Mənsimov deyib.
“Ağ-yaşıllar” Avropa Liqasının II təsnifat mərhələsinin Hayfa “Makkabi”si ilə cavab oyunda rüsvayçı hesabla uduzdu. Lənkəranda 0:8 hesablı məğlubiyyətdən sonra cənub təmsilçisinin azarkeşləri uelsli baş məşqçi Con Toşakı istefaya səsləməklə yanaşı, klub rəhbərliyinə qarşı aksiya keçirməyə cəhd etdilər.
Baş verənlərə münasibət bildirən Mənsimov sahibi olduğu komandanın aldığı yenilginin üzücü hal sayıb: “Komanda avrokuboklarla çox bir pis nəticə ilə vidalaşır. Amma bu, futboldur, hər şey ola bilər. Bütün azarkeşlərdən tək istəyim odur ki, heç nə haqda düşünməsinlər. Düzdür, bəzi fanatların narazılığını və komandaya hirslənməsini anlayıram. Amma ən çox məyus olan mənəm”.
Mənsimov ANS-ə müsahibəsində il ərzində komandaya ayırdığı pulun məbləğini də açıqlayıb: “Komandaya ildə 20 milyon dollar pul verirəm və öz pulumla da utancverici hesabla uduzuram. Komandanın rəhbərliyi və məşqçisi var. Kimin klubda qalmasına, getməsinə onlar qərar verəcək və “Xəzər Lənkəra”a yeni futbolçular gətirəcək”.

0
0